Qəbul imtahanlarında bu suallar salınmayacaq - Yeni QƏRAR

media-hightechnic-468x90

Dövlət İmtahan Mərkəzi qəbul imtahanlarında iştirak edəcək abituriyentlərə müraciət edib.

Mərkəzdən Yenicag.az-a verilən məlumata görə, iqtisadi rayonların yeni bölgüsü ümumtəhsil müəssisələrində qüvvədə olan coğrafiya dərsliklərindəki məlumatlarla eynilik təşkil etmədiyi üçün, cari ildə ali təhsil müəssisələrinə qəbul imtahanında bununla bağlı tapşırıqlardan istifadə edilməyəcək:

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 7 iyul 2021-ci il tarixli “Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında” Fərmanına əsasən, Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü təsdiq edilib.

İqtisadi rayonların yeni bölgüsü respublikanın ümumtəhsil müəssisələrində qüvvədə olan coğrafiya dərsliklərindəki məlumatlarla eynilik təşkil etmədiyi üçün, cari ildə ali təhsil müəssisələrinə qəbul imtahanında bununla bağlı tapşırıqlardan istifadə edilməyəcək.

Azərbaycan Respublikasının iqtisadi rayonlarının yeni bölgüsü növbəti illərdə dərsliklərə salındıqdan sonra qəbul imtahanında bununla bağlı tapşırıqlardan istifadə ediləcək”.
media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600