!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qəfil gələn "SƏSSİZ ÖLÜM": Görünməz düşmənlə davranışda edilən SƏHVLƏR faciəyə səbəb olur

!Reklam – Yazi

“Qaz təhlükəsizliyini kobud pozan, qaz sistemində özbaşına yolverilməz dəyişikliklər edənlər müvafiq qaydada cəzalandırılmalıdır”.

Yenicag.az xəbər verir ki, bu sözləri dəm qazından zəhərlənmə hallarının artmasına toxunan Sağlam Cəmiyyət Hərəkatının rəhbəri Elçin Bayramlı deyib.

Onun sözlərinə görə, qarşıdakı aylarda qaz cihazlarına düşən yük artacaq və təbii olaraq təhlükə də artacaq. Ona görə də abonentlər qaz sisteminin yoxlanmasını təmin etməli, qazdan istifadə zamanı müvafiq təhlükəsizlik qaydalarına riayət etməlidirlər ki, faciə baş verməsin:

“Son illərdə aparılan maarifləndirmə və təhlükəsizlik qaydalarına riayət edilməsi nəticəsində illik statistikada azalma olsa da, belə hallar aradan qalxmır. Bəzi hallarda suqızdırıcı qaz cihazlarının qapalı hamamda qoyulması və hamam otağının hava çıxışları olmadığından karbon-monoksiddən boğulma baş verir. Qazın iy-qoxusu olmadığından bunu hiss etmək mümkün olmur. Evlərdə quraşdırılmış qaz avadanlıqlarından düzgün istifadə olunmadığı müddətcə bu vəziyyət davam edəcək. Bu avadanlıqların quraşdırılması mütəxəssislər tərəfindən deyil, həvəskar ustalar və ya ev sahibi tərəfindən həyata keçirilirsə, təhlükə ikiqat artır. Mütləq şəkildə mənzillərdə və obyektlərdə qaz detektoru olmalıdır. Hazırda bu cihazlar ucuz qiymətə hər yerdə satılır”.

Qaz təchizatçısının üzərinə düşən öhdəliklərə də münasibət bildirən E. bayramlı vurğulayıb ki, indiyədək qaz işçilərinin mənzilə daxil olması qadağan idi, onlar yalnız sayğaca qədər baxa bilərdilər. Bu ildən etibarən qaz istismar idarələri əməkdaşlarına mənzillərdə qaz təhlükəsizliyini yoxlamaq səlahiyyəti verilib:

“”Azəriqaz”ın yerli idarələri öz ərazilərindəki bütün evlərdə, obyektlərdə mütəmadi baxış keçirməli, abonentlərin qaz təhlükəsizliyinə necə riayət etdiklərini yoxlamalıdırlar. Əlbəttə, bunu tez-tez etmək texniki cəhətdən və vaxt baxımından mümkün olmaz, amma uyğun bir müddət müəyyənləşdirilib ardıcıl olaraq həmin müddətdən bir bu yoxlamalar aparılmalıdır. Qaz təhlükəsizliyini kobud pozan, qaz sistemində özbaşına yolverilməz dəyişikliklər edənlər müvafiq qaydada cəzalandırılmalıdır. Bundan başqa, maarifləndirmə tədbirləri artırılmalıdır”.

Gülşən Şərif

www.yenicag.az

724
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv