!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qəhrəmanmaraşda 42 yaşlı qadın 222 saatdan sonra dağıntılar altından xilas edildi

!Reklam – Yazi

Türkiyənin Qəhrəmanmaraş bölgəsində 42 yaşlı Melike İmamoğlu 222 saatdan sonra dağıntılar altından xilas edilib.

Yenicag.az xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.

Bildirilib ki, Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 35 418 nəfərə çatıb. Bundan başqa, 105 505 nəfər yaralanıb, hazırda 13 208 yaralının müalicəsi xəstəxanalarda davam etdirir.

Qeyd edək ki, fevralın 6-da ocağı Türkiyənin Qəhrəmanmaraş şəhərinin Pazarcık rayonu olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub. Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək yüzlərlə afterşoklar qeydə alınıb. /report/

www.yenicag.az

268
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv