Qəhrəmanmaraşda bir cütlük 202 saat sonra dağıntılar altından xilas edilib.
Yenicag.az xəbər verir ki, Muharrem Polat və Hidayət Polatın 9 gün boyunca yaşadıqları insanları kədərləndirib.
Cütlük bildirib ki, bu qədər uzun müddət ac qaldıqları üçün 6 aylıq uşaqlarını yedizdirə bilməyiblər:
“Həyat yoldaşım Hidayətin südü kəsildi, orada tapa bildiyimiz “vazelin” kremlərini əridib yedik. Oğluma öz tüpürcəyimi verməyə çalışdım. Hidayət öz qolunu kəsib qanını körpəmizə içirtdi. Təəssüflər olsun ki, övladımız cəmi 5 gün yaşadı”.
www.yenicag.az