Şairə Nazilə Səfərlinin müğənni Lətifə Soyuözlünün dırnaqlarını tənqid etməsi qalmaqala səbəb olub.
Yenicag.az xəbər verir ki, şairənin tənqidi qarşı tərəfi özündən çıxarıb:
“Məndə deyə bilərəm ki, Nazilə xanım, dırnaqlarınız zövqsüzdür. Demədim, demərəm də… Sevmirəm insan qəlbi qırmağı. İstəsəm elə qəlb qıraram ki, yeddi qatından keçər”, – deyə Naziləyə ismarış yollayan Lətifəni şairə cavabsız qoymayıb.
Yenicag.az-a açıqlama verən Nazilə Lətifənin onun adını çəkməsi ilə gündəm yaratmaq və reklam olunmaq istədiyini deyib:
“Lətifə ilə heç bir problemim yoxdur. Verilişin formatında qalmaqal var və qalmaqalı da elə adamla etmək lazımdır ki, gündəm olsun. O da məni seçib, özünü mənimlə reklam edir”.
Qeyd edək ki, Lətifə ilə Nazilə Səfərli arasında qalmaqalın təməli “ATV maqazin onlarla” verilişində qoyulub.
Cəvahir
www.yenicag.az