Qərb Azərbaycanda Rusiyanın əlinə oynayır – Millət vəkili

media-hightechnic-468x90

9f741c5a0677191ffbad141a2d613e1bQərb Azərbaycana sanksiya tətbiq edə bilərmi?

Millət vəkili Zahid Oruc hesab edir ki, Qərbin Rusiyadan sonra Azərbaycana qarşı sanksiyalar tətbiq edəcəyi gözlənilən deyil. Əks halda bu keçmiş sovet məkanının geoplotik xəritəsini tamam dəyişərdi.

“Onsuz da 2008-ci ildən bu yana regional və beynəlxalq mövqelərini xeyli itirmiş Avropa Birliyi Azərbaycanla sanksiyaların dili ilə danışmağın hansı itkilərə aparıb çıxaracağını yaxşı bilir.Söhbət enerji layihələrindən gələcəyindən getmir.Bunlar beynəlxalq müqavilələrlə təsbit olunan və mövsümi maraqlara görə üzərindən xətt çəkiləcək layihələr deyil.Lakin ölkəmizə qarşı aparılan siyasi təzyiqlər iqtisadi təcridetmə və müxtəlif dövlət rəsmilərinin hər hanıs qadağa rejimi altına düşməsi avtomatik olaraq Rusiyanın regioanal mövqeyinin güclənməsi ilə nəticələnəcək. Qərb onsuz da yaxın qonşuluq və şərq tərəfdaşlıq siyasətində böyük zərbələr alıb.Həmin konsepsiyalar iflas qarşısındadır. Üstəlik,rəsmi Bakıya tətbiq olunan cəza sanksiyaları Qafqazla gələcək əməkdaşlığı zərbə altında qoyur.Çünki sözgedən regionun taleyi Azərbaycanda həll olunur”-deyə deputat sözlərinə əlavə edib.

Zahid Oruc düşünür ki, təzyiqlər yaxın zamanlarda yerini praqmatik maraqlar siyasətinə verəcəkdir. “Həmişə belə olub, əvvəl demarşlar, sonra dostluqu və əməkdaşlıq mesajları. Azərbaycanın xarici siyasətini öz məhvərindən çıxarıb birxətli və birqütblü etmə strateji mənada heç Qərbin özünün xeyrinə deyil”

Kamran Ədalətoğlu

Yenicag.az

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600