“Qərb Ermənistanla Azərbaycan arasında normallaşmanın qarşısını almağa çalışır” - Patruşev

media-hightechnic-468x90

“Qərb Cənubi Qafqazda sabitliyi pozmağa, Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasına mane olmağa çalışır”.

Yenicag.az xəbər verir ki, bunu Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev Bişkekdə təhlükəsizlik şuraları katiblərinin Əfqanıstan məsələləri üzrə iclasındakı çıxışında deyib.

Patruşev Qərbin postsovet məkanında təxribat törətmək cəhdlərini gördüyünü bildirib.

“Biz qərblilərin Cənubi Qafqazda vəziyyəti sarsıtmaq, o cümlədən Ermənistan-Azərbaycan nizamlanmasına müdaxilə etmək istəyini görürük. Bu da bu regionlarda vəziyyətin gərginləşməsinə gətirib çıxarıb”, – Patruşev deyib.

O, həmçinin hesab edir ki, Qərb öz hegemonluğunu qorumaq üçün dünyanın müxtəlif regionlarında fitnə-fəsad törədir. Xüsusilə, Mərkəzi Asiyada əsas qeyri-sabitlik mənbəyi yaratmaq təhlükəsi var.

Xuraman Etibarlı

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600