Qərbi Azərbaycan İcması ilə İrəvan Qazılığı arasında görüş keçirildi - FOTO
Qərbi Azərbaycan irsinin sistemli şəkildə araşdırılması, dini-mənəvi abidələrin qorunması və bu həqiqətlərin beynəlxalqictimaiyyətə çatdırılması son dövrlərdə prioritetistiqamətlərdən birinə çevrilib. Bu çərçivədə müvafiqqurumlar arasında əməkdaşlığın gücləndirilməsi QərbiAzərbaycanla bağlı faktların dəqiq və peşəkar formada ortayaqoyulmasına mühüm töhfə verir
Qərbi Azərbaycan İcması bu istiqamətdə ardıcıl vəməqsədyönlü fəaliyyətini uğurla davam etdirməkdədir. QərbiAzərbaycan İcmasında İrəvan Qazısı Bəxtiyar Nəcəfovlakeçirilən görüş bu istiqamətdə atılan növbəti addımlardandır.
Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, millət vəkiliƏziz Ələkbərli qonağı salamlayaraq bildirdi ki, QərbiAzərbaycanda tarixi boyu çoxsaylı məscidlər, dini ocaqlar, pirvə ziyarətgahlar mövcud olub və onların böyük bir qismihazırda erməni vandalları tərəfindən dağıdılmış və təhrifedilmiş vəziyyətdədir. O, İcmanın bu irsi faktoloji əsaslarlayenidən araşdırmaq, mövcud məlumatları dəqiqləşdirmək vəbeynəlxalq ictimaiyyətə çatdırmaq üçün ardıcıl iş apardığınıvurğulayıb.
Tədbirdə iştirak edən Qərbi Azərbaycan İcması Nəzarət-TəftişKomissiyasının sədri, professor Vahid Novruzov və İdarəHeyətinin üzvü Mirfaiq Mirheydərli dini-mənəvi irsinaraşdırılması, institusional əməkdaşlığın gücləndirilməsi vəQərbi Azərbaycan həqiqətlərinin beynəlxalq platformalardatəqdimatı istiqamətində qonaqla fikir mübadiləsi aparıblar.
İrəvan qazısı Hacı Bəxtiyar Nəcəfov səmimi görüşə görətəşəkkürünü bildirib, dini dəyərlərin cəmiyyətdə oynadığı rolvə mənəvi irsin gələcək nəsillərə ötürülməsinin vacibliyinixüsusi qeyd edib. O, Qərbi Azərbaycan məsələsinin yalnızsiyasi deyil, həm də dini-mənəvi və mədəni məsələ olduğunuvurğulayaraq, qazılığın bu istiqamətdə İcma və onunstrukturları ilə sıx əməkdaşlığının vacib olduğunu bildirib. Onun fikrincə, İcmada Qərbi Azərbaycanın bütün bölgələrinininsanları kənd və rayon icmaları şəklində birləşdiyindən onunimkanlarını heç bir qurumla müqayisə etmək olmaz. Qazıhəmçinin sülhün, mənəvi birliyin və dini həmrəyliyin bölgədəsabitlik üçün mühüm şərt olduğunu diqqətə çatdırıb.
Görüş zamanı tərəflər dini irsin araşdırılması, tarixi faktlarıntoplanması və ictimai maarifləndirmə işlərinin koordinasiyalışəkildə aparılması barədə razılığa gəliblər. Tədbir simvolikhədiyyələrin təqdim olunması ilə yekunlaşıb.












