Reklam: Sinerji

RAMAZAN: XƏBƏRLƏR, MƏQALƏLƏR VƏ MƏSLƏHƏTLƏR

Azərbaycanda koronavirusla bağlı xəbərlər

Koronavirusun onlayn statistikası

Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

“Qərbin Azərbaycanda seçki keçiriləcəyindən xəbəri var” – Sabiq səfir

Reklam: High Technic

“Bizdəki seçkilərə maraq göstərsələr, danışsalar, nə dəyişəcək ki?”

Bu fikirləri Yenicag.az-a açıqlamasında Qərbin Azərbaycanda aprelin 11-ə təyin edilmiş növbədənkənar prezident seçkilərinə maraq göstərməməsi haqda iddialara münasibət bildirən Rusiyadakı keçmiş səfirimiz Hikmət Hacızadə deyib. Hacızadənin fikrincə, Qərbin Azərbaycan seçkilərinə heç bir marağının olmadığını düşünmək doğru olmazdı:

“Təbii ki, Qərbin apreldə Azərbaycanda prezident seçkiləri keçirilməsindən xəbəri var. Ümumiyyətlə, onların belə bir siyasi aksiyadan xəbərsiz olduqlarını heç kim təsəvvür etmir. Bu yaxınlarda Bakıya gələn Amerikanın rəsmi nümayəndələri də apardıqları danışıqlarda Azərbaycandan prezident seçkilərinin standartlara uyğun qaydada keçirilməsini gözlədiklərini bildirdi. Bundan başqa, Qərb mediası da Azərbaycan seçkilərinə qətiyyən biganə deyil. Düzdür, ola bilər, Qərb ötən seçkilərlə müqayisədə indi o qədər də fəal görünmür. Neyləsinlər… Onlar da artıq yorulub-usanıblar. Amerika durub Azərbaycana başqa ölkələrə olduğu kimi, müdaxilə edə bilməz axı… Qərb hakimiyyətin addımlarını və cəmiyyətin davranışını izləyir. Görür ki, proses sakit qaydada gedir. Belə vəziyyətdə nə desinlər ki?”

A.Zeynalov

www.yenicag.az

1523
www.onlinepress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100