Qərbin F-16 “ARQUMENT”İ: Qırıcıların Ukraynaya verilməsi niyə ləngidilir?

media-hightechnic-468x90

NATO ölkələrinin Ukraynaya F-16 qırıcıları göndərmələrini yubadan əsas səbəb göstərilib.

Yenicag.az unian.net-ə istinadən xəbər verir ki, bu barədə ABŞ-nin nüfuzlu “The New York Times” nəşrinin yayımladığı materialda qeyd olunub.

Bildirilir ki, Ukrayna rəhbərliyi F-16 qırıcılarının müharibənin gedişində dönüş yaratmaq üçün müstəsna əhəmiyyətə malik olduğuna dair mövqeyində qalmaqdadır.

Bununla belə, ABŞ-nin, o cümlədən bəzi NATO ölkələrinin rəsmi şəxsləri hesab edirlər ki, hazırda tanklar, başqa silah-sursat və yaxşı təlim görmüş hərbçilər Ukrayna üçün daha faydalıdır, nəinki F-16 qırıcıları.

Qərb ölkələrinin F-16 ilə bağlı başqa yanaşmaları isə bundan ibarətdir ki, həmin qırıcıları idarə etmək üçün ingiliscə bilən ukraynalı pilotların və yardımçı heyət üzvlərinin hazırlanmasına ən azı 4 ay vaxt lazımdır.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600