QƏRBİN KABUSU: Türk Dövlətləri Təşkilatının güclənməsi ABŞ-ın enerji və Çin strategiyasını ALT-ÜST EDİR

media-hightechnic-468x90

 

Münasibətlər nə qədər yaxşı olarsa, region bir o qədər inkişaf edər və bu da Qərbin maraqlarına zidd olar.”

Bunu Yenicag.az-a açıqlamasında Türkiyəli siyasi şərhçi Yeşim Eryılmaz deyib.

media-564544e6-5ede-4fc9-8381-bf894ecbd8aa

O, yeni dünya düzəninin formalaşmasında Türk Dövlətləri Təşkilatının (və ya Birliyinin) mövqeyindən danışıb.

Siyasi şərhçi bildirib ki, yeni bir dünya düzənindən danışırıqsa, buna hətta “əsrin koridorları” da demək olar.

“Yəni dünya siyasətinin mərkəzində artıq Orta Asiya və bütövlükdə Türk dünyası dayanır. Bu geniş Avrasiya məkanının mərkəzində isə güclənən, sürətlə inkişaf edən Türk dünyası var. ABŞ burada həm enerjiyə nəzarət etmək, həm də Çinin “Bir Kəmər, Bir Yol” təşəbbüsünü balanslaşdırmaq üçün bu regionda mövcudluğunu gücləndirmək istəyir.

Bu vəziyyətdə Qərb dünyası da Orta Asiya və Türk dövlətləri ilə münasibətləri inkişaf etdirməyə məcburdur, çünki bu coğrafiyaya ehtiyacı var. Eyni zamanda, Qərb bu regionun həddindən artıq güclənməsini və Avrasiyada tərəfdaş ölkələrin bir-biri ilə daha sıx əməkdaşlıq etməsini istəmir. Çünki münasibətlər nə qədər yaxşı olarsa, region bir o qədər inkişaf edər və bu da Qərbin maraqlarına zidd olar,” – deyə o bildirib.

Ətraflı videomaterialda:

 Nəsimi Ələsgərli

Samir Məcidov.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.11.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa