Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Qərbin “multikulturalizmi”: müsəlman qadınlar kimyəvi turşuyla hədələndilər – ŞOK  

Böyük Britaniyada yaşayan müsəlman qadınlar müəmmalı məktublar almağa başlayıblar.

Yenicag.az The Guardian nəşrinə istinadən xəbər verir ki, Bradfordda yaşayan müsəlmanlara göndərilən anonim məktublarda qadınları kimyəvi turşuyla təhdid edirlər.

Qərbi Yorkşir polisi sözügedən təhdidlərə çox ciddi yanaşıldığını açıqlayıb. Müsəlmanların yaşadığı Hannover meydanında ötən həftə ən azı 2 nəfər hədə-qorxu dolu məktub alıb. Hüquq-mühafizə orqanları bu ərazidə nəzarəti gücləndiriblər.

Qeyd edək ki, məktuba müqəddəs Georginin bayrağı və qılıncının əks olunduğu şəkil və “mənfur müsəlmanları öldür” qeydi də əlavə olunub.

Bundan başqa, məktub müəllifləri həmin ismarıclarda nə üçün məhz müsəlman qadınlarını hədəf seçdiklərini də açıqlayırlar:

“Onlar niqab taxırlar. Biz də məzəli maska taxan hər kəsə qarşı kimyəvi hücumlar təşkil edəcəyik”.

Yenicag.az

www.yenicag.az

472
SFERA
VETENINFO
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM