İsrail İranın nüvə obyektlərinə hücum etməyi PLANLAŞDIRIR – İDDİA

media-hightechnic-468x90

İsrail İranın nüvə obyektlərinə hərbi hücum hazırlığı planlaşdırır. ABŞ rəsmilərinin açıqlamalarına əsasən, nüvə danışıqları davam edərkən İsrailin İrana qarşı hərbi əməliyyat ehtimalı artır.

Yenicag.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

ABŞ rəsmiləri bildirir ki, İranın uranın zənginləşdirilməsinə icazə verilərsə, İsrailin hərbi müdaxiləsi qaçılmaz ola bilər. Uran zənginləşdirilməsi nüvə silahları istehsalında kritik əhəmiyyət daşıyır.

Əvvəllər Tehranın aşağı səviyyədə uranın zənginləşdirilməsinə icazə verilsə də, ABŞ bu siyasətə son qoyulmasını tələb edir. Prezident Donald Trampın xüsusi nümayəndəsi Stiv Vitkoff “ABC News”a müsahibəsində İranın uranı 1 faizdən artıq zənginləşdirməsinə heç vaxt imkan verilməyəcəyini bildirib.

İranın xarici işlər naziri Abbas Əraqçi isə mayın 18-də açıqlama verərək, uranın zənginləşdirilməsi fəaliyyətinin davam etdiriləcəyini və ABŞ-nin mövqeyinin danışıqların pozulmasına səbəb olacağını vurğulayıb.

Göycə Göycəyev

Mövzu ilə əlaqədar

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600