Qəzaya uğrayan təyyarədə sağ qalan yeganə şəxs evinə qayıda bilmir

media-hightechnic-468x90

2025-ci ilin iyununda “Air India” şirkətinə məxsus “Boeing 787” təyyarəsinin qəzasından sağ çıxan yeganə şəxs uçmaqdan çox qorxduğu üçün heç vaxt Böyük Britaniyaya qayıtmaya bilər.

Yenicag.az xəbər verir ki, Oxu.Az-ın xəbərinə görə, bu barədə “Daily Mail” nəşri məlumat verib.

Məlumata görə, Lesterdən olan iş adamı, “Air India” qəzasından yeganə sağ çıxan 40 yaşlı Vişvaş Kumar Rameş hələ də Hindistanda qalmağa davam edir və ailəsinin dediyinə görə, uçmaq qorxusu səbəbindən çətin evə qayıda bilsin. pizza sifarişi

Rameş özünün 11A oturacağından dağıntılar altından xilas ola bilib, lakin döş qəfəsindən xəsarət alıb və üzündə kəsiklər olub. Onun arvadı Hiral ərinə dəstək olmaq üçün dörd yaşlı oğlu ilə Hindistana uçsa da, daha sonra Böyük Britaniyaya qayıdıb. Qadının sözlərinə görə, əri hələ də müalicə alır və konsultasiyalardan keçir.

Rameşin qaynı qeyd edib ki, ailəsi onun Lesterə və ya Londona dönə biləcəyinə inanmır. “Düşünürəm ki, o, orada qalacaq, çünki o, yenidən təyyarəyə minməkdən çox qorxur”, – deyə o bildirib.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 15.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa