Bu gün Qəzza zolağı sərhədində İsrail hərbçiləri ilə fələstinlilər arasında yenidən toqquşma baş verib.
Yenicag.az xəbər verir ki, insident nəticəsində 13 yaşlı fələstinli oğlan həlak olub. Bu barədə Fələstinin Səhiyyə nazirliyindən bildirilib.
Məlumata əsasən, Xan-Yunis şəhərində 13 yaşlı oğlan aldığı güllə yarasından keçinib. Gün ərzində baş verən toqquşmalarda 6-sı uşaq olmaqla 310 fələstinli yaralanıb, onlardan 3-ün vəziyyəti ağırdır.