Tramp Qəzza ilə bağlı Avropa ölkələrini təhdid etdi
ABŞ Avropa İttifaqına üzv ölkələrdən beynəlxalq sabitləşdirici qüvvələrinin tərkibinə hərbi qulluqçular göndərməyi tələb edib. Bu qüvvələr 2026-cı ilin əvvəlində Qəzza sektorunda yerləşdirilə bilər.
Yenicag.az xəbər verir ki, bu barədə “Axios” portalı məlumat yayıb.
Məlumata görə, amerikalı rəsmilər Avropa diplomatlarına bildiriblər ki, əgər ittifaq dövlətləriəsgər göndərməsələr və ya bunu edən ölkələrə dəstək verməsələr, İsrail ordusu anklavdan çıxmayacaq.
“Mesaj belə olub: “Əgər Qəzzaya getməyə hazır deyilsinizsə, onda İsrail Müdafiə Qüvvələrinin (İMQ) orada qalmasından şikayət etməyin”, – deyə məlumatda qeyd olunur.
9 oktyabrda İsrail və HƏMAS Misir, Qətər, ABŞ və Türkiyənin vasitəçiliyi ilə ABŞ Prezidenti Donald Tramp tərəfindən təqdim olunan sülh planının birinci mərhələsini həyata keçirmək barədə razılığa gəlib. Ertəsi gün Qəzza sektorunda atəşkəs rejimi qüvvəyə minib. Müqaviləyə əsasən, İsrail qoşunları “sarı xətt” adlanan mövqelərə çəkilib, anklavın ərazisinin 50 faizdən çoxunu öz nəzarətində saxlayıb.
13 oktyabrda HƏMAS 20 nəfər sağ israilli girovu azad edib və 28 əsirdən 4-nün qalıqlarını təhvil verib. 8 dekabr tarixinə görə, anklavda 2023-cü il 7 oktyabrda həlak olmuş bir israilli hərbçinin cəsədi qalmaqdadır.












