QHT-lərə Dövlət Dəstəyi Agentliyinin növbədənkənar iclası keçirildi

media-hightechnic-468x90

Bu gün Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına (QHT) Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının növbədənkənar iclası keçirilib.

media-banner_tkm

Bu barədə Yenicag.az-a Agentlikdən məlumat verilib.

Vüsal Quliyevin sədrliyi ilə keçirilən iclasda bəzi QHT-lərin müraciəti əsasında Agentliyin “Qeyri-hökumət təşkilatları tərəfindən icra olunan layihələr üzrə maliyyə hesabatlarının tərtibi və təqdim edilməsi haqqında Təlimat”ı müzakirəyə çıxarılıb. Müşahidə Şurası üzvlərinin təklifləri nəzərə alınaraq təlimatın təkmilləşdirilməsi, yaxın günlərdə yekun müzakirə edilməsi barədə qərar qəbul olunub.

Daha sonra Agentliyin icraçı direktorunun təqdimatı əsasında beynəlxalq tədbirlərdə iştirakla bağlı səfər qrantları üçün müraciətlər və cari məsələlər müzakirə edilib. Qaldırılan məsələlərlə əlaqədar müvafiq qərarlar qəbul edilib.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05