Xocalı soyqırımı qurbanları Türkiyədə anılacaq

media-hightechnic-468x90

Türkiyədə Xocalı soyqırımının qurbanlarının anım mərasimi keçiriləcək.

media-banner_tuq

Bu barədə Yenicag.az-a Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Vəqfinin (TADİV) Baş Koordinatoru Əli Əkbər Tufanbildirilib.

Onun sözlərinə görə, 26 fevral 1992-ci ildə Azərbaycanın Xocalı şəhərində baş verən faciə heç vaxt unudulmayacaq:

“Hər il olduğu kimi, bu il də Türkiyədə faciə qurbanlarının xatirəsi anılacaq”.

Ə.Tufan qeyd edib ki, bu cür faciələrin bir daha yaşanmaması üçün Xpcalı soyqırımını törədənlər Ədalət Məhkəməsində mühakimə olunmalıdırlar.

Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar tədbir TADİV-in təşəbbüsü ilə, Azərbaycan Səfirliyinin əməkdaşlığı və Türkiyə Böyük Millət Məclisinin himayəsi altında keçiriləcək.

Tədbirə Azərbaycan Respublikasının Ankaradakı səfiri Dr. Rəşad Məmmədov,  TADİV-in sədri, Profes.Dr.Aygün Attar, AK Parti İstanbul millət vəkili Samil Ayrım, Türkiyədəki siyasi partiyaların təmsilçiləri, türkdilli ölkələrinin səfirləri qatılacaqlar.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05