“Təhsil liderləri üçün mini MBA proqramı”na start verilir

media-hightechnic-468x90

Azərbaycan Respublikası Təhsil Cəmiyyəti tərəfindən həyata keçirilən “Təhsil liderləri üçün mini MBA proqramı” layihəsinə start verilir.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, layihə Elm və Təhsil Nazirliyinin elan etdiyi “Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi çərçivəsində icra olunur.

Proqramın əsas məqsədi məktəb rəhbərləri və təhsil menecerlərinin idarəetmə bacarıqlarını müasir yanaşmalar əsasında inkişaf etdirmək, strateji düşünmə və effektiv liderlik kompetensiyalarını gücləndirməkdir. Təşəbbüs çərçivəsində iştirakçılara təhsil idarəçiliyində yeni baxış və praktik alətlər təqdim olunacaq.

Layihə müddətində iştirakçılar aşağıdakı istiqamətlər üzrə bilik və bacarıqlarını artıracaqlar:

Müasir təhsil idarəçiliyi

Effektiv qərarvermə mexanizmləri

Komanda idarəçiliyi və motivasiya

Dəyişikliklərin idarə olunması

Strateji planlaşdırma

Proqramda iştirak üçün Bakı şəhərində yerləşən dövlət ümumtəhsil məktəblərinin direktorları və direktor müavinləri müraciət edə bilərlər. Qəbul seçim əsasında həyata keçiriləcək.

Müraciət üçün son tarix 15 mart 2026-cı ildir.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05