Reklam: High Technic
hightechnic

QHT-lərə göstərilən elektron xidmətlər müzakirə olunub – FOTO  

Dünən Açıq Hökumətin Təşviqi üzrə Hökumət-Vətəndaş Cəmiyyəti Dialoqu Platformasının (Açıq Hökumət Platforması) 2017-ci ildəki son iclası keçirilib.

Toplantıda Səhiyyə Nazirliyinin Platformaya üzvlüyü ilə bağlı məsələ müzakirə olunub. Platformanın koordinatoru Əliməmməd Nuriyev Səhiyyə Nazirliyinin müraciəti ilə iştirakçıları tanış edib və qurumun nümayəndəsi, Hüquq və daxili nəzarət sektorunun müdiri Elxan Əzizovu təqdim edib. E.Əzizov qeyd edib ki, Səhiyyə Nazirliyi öz fəaliyyətində hesabatlılıq və şəffaflığın təmin edilməsində vətəndaş cəmiyyəti ilə sıx əməkdaşlıq etmək məqsədilə Platformaya üzv olmaq qərarına gəlib. E.Əzizov iştirakçıların suallarını cavablandırdıqdan sonra səsvermə keçirilib və Səhiyyə Nazirliyi Platformaya üzv qəbul edilib.

Platformanın koorinatoru Ə.Nuriyev təşkilatın 2017-ci ilədki fəaliyyəti və 2018-ci il üçün nəzərdə tutulan planları barədə hesabat məruzə ilə çıxış edib. Ə.Nuriyev bildirib ki, 2017-ci il Platforma üçün uğurlu olub: “Platformanın instituisonal əsasları möhkəmləndi, əsas işçi sənədlər qəbul olundu. Platforma vətəndaş –cəmiyyəti hökumət konsultasiya mexanizmi kimi, bu formatda özünü tanıda və qəbul etdirə bildi. Ən böyük naliyyət kimi kollektiv səylərlə Platformanın məhz işlək, peşəkar bir qurum kimi tanınmasına və nüfuz qazanmasına nail ola bildik.

Platformanın Əsasnaməsi, 3 illik Strateji Fəaliyyət Planı qəbul edildi. Kommunikasiya Strategiyasının layihəsi hazırlandı. Platformada QHT-lərin sayı 38 təşkilata çatıb. Bu gün Səhiyyə Nazirliyini üzv qəbul etdik və dövlət qurumlarının sayı 10-a çatdı. Strateji Fəaliyyət Planında qeyd edildiyi kimi Platforma vətəndaş cəmiyyəti-hökumət dialoqunu dəstəkləməklə açıq müzakirələr, dialoq və əməkdaşlıq üçün çox əlverişli format və müstəvi təqdim edir. Platformanın yaranması ilə hökumət vətəndaş cəmiyyəti əməkdaşlığı yüksək institusional səviyyəyə keçib”.

Ə.Nuriyev Beynəlxalq Açıq Hökumət Tərəfdaşlığı Təşkilatı ilə əməkdaşlıq barədə məlumat verib: “Platformanın əsas baxışı Azərbaycanda Açıq Hökumət Tərəfdaşlığı Təşəbbüsündən irəli gələn islahatların həyata keçirilməsində dönüşə nail olmaqdır. 21-22 may 2017-ci il tarixdə Beynəlxalq Açıq Hökumət Təşkilatının nümayəndə heyəti Azərbaycana səfərə zamanı Platformanın görüşü keçirilib. Beynəlxalq Açıq Hökumət Tərəfdaşlığı Təşkilatının sentyabrın 15-də hökumətə təqdim etdiyi yeni tövsiyyələrdə Platformanın təklifləri tam nəzərə alınıb. Ümumiyyətlə, Beynəlxalq Açıq Hökumət Tərəfdaşlığı Təşkilatının Platforma ilə çox işgüzar əlaqələri formalaşıb və mütəmadi konsultasiyalar aparılır”.

Ə.Nuriyev həyata keçirilən layihələrdən də söz açıb. “Platformanın uğuru kimi qurumun üzvü olan Avrsiya Əməkdaşlıq Fondunun dəstəyi ilə, hörmətli Sabit müəllimin təşkilatının operatorluğu ilə “AHT Platforması fəaliyyətdə” layihəsinin icarsını qeyd etməliyəm. Bu layihə son illərin ən uğurlu, faydalı kollektiv layihəsi sayıla bilər. Layihə çərçivəsində 18 dəyirmi masa keçirilib. İştirakçıların ümumi sayı 500 nəfərdən çox olub. QHT-lər üçün əlverişli mühitin yaradılması ilə əlaqədar yenilənmiş Təkliflər Paketi hökumətə təqdim olunub. Platforma bu istiqaməti hər zaman diqqətdə saxlayır və mütəmadi müzakirələr aparır”.

Platformanın toplantısında Ədliyyə Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının təqdim etdiyi elektron xidmətlər mövzusunda müzakirələr aparılıb. Platformaın üzvü, “Multimedia” İnformasiya Sistemləri və Texnologiyaları Mərkəzinin direktoru Osman Gündüz bu mövzuda məruzə ilə çıxıs edib. Platformanın təklif və qeydlərini diqqətə çatdırıb.

Ədliyyə Nazirliyinin QHT-lər üçün yaratdığı “Fərdi elektron pəncərə” elektron məlumat sisteminin təqdimatı keçirilib. Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsinin Hüquqi şəxslər və vətəndaşlıq vəziyyəti idarəsinin rəisi Rahim Rəhimov təqdimatla çıxış edib. Sistemin QHT-lər üçün yaratdığı imkanlar barədə məlumat verib. R.Rəhimov təklifləri dinləyib və sualları cavablandırıb. Bildirib ki, “Fərdi elektron pəncərə” sistemi QHT-lərə Qrant müqavilələrinin qeydiyyatı, müraciətlərin edilməsi, Reyestr məlumatlarının dəqiqləşdirilməsi, Reyestrdən çıxarışın alınması, ünvan dəyişikliyinin qeydə alınması, bildirişlərin verilməsi, elektron kargüzarlıq, QHT-lərin axtarışı ilə əlaqədar imkanlar təqdim edir. Qanunvericiliyin imkan verdiyi gallarda xidmətlər tam elektronlaşıb. Ədliyyə Nazirliyi sistemi təkmilləşdirməkdə davam edir və bu işi QHT-lərlə birgə görməyi planlaşdırır. O, vətəndaş cəmiyyəti təmsilçilərinin sistemin işlək olması, səmərli fəaliyyət göstərməsi və təkmilləşməsi üçün sıx əməkdaşlıq etməyə çağırıb. R.Rəhimov Açıq Hökumət Platformasının təkliflərini almaq istədiklərini diqqətə çatdırıb.

Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasını da QHT-lətə təqdim etdiyi elektron xidmətlərlə bağlı Şura katibliyinin hüquq məsələləri üzrə baş məsləhətçisi Rauf Məcidbəyli təqdimatla çıxış edib. R.Məcidbəyli qeyd edib ki, layihə təkliflərinin qəbulu, maliyyə və proqram hesabatlarının qəbulu, baxılması tam elektronlaşıb. O, qeyd edib ki, Şuranın əsas yanaşması QHT nümayəndələrinin yalnız müqavilə bağlayanda və təhvil-təslim aktını imzalanda özlərinin gəlməsinə nail olmaqdır. R.Məcidbəyli Platforma üzvlərinin suallarını cavablandırıb və təkliflərə münasibət bildirib.

Toplantıda Platformanın Azərbaycan Respublikası Hasilat Sənayesində Şəffaflıq 2016-cı il üzrə İllik Hesabata Rəyini Sahibkarlığın və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondunun rəhbəri Sabit Bağırov təqdim edib. Müzakirələrdən sonra Rəy qəbul olunub və Azərbaycan Hasilat Sənayesində Şəffaflıq üzrə Komissiyaya təqdim olunub.

www.yenicag.az

1490