Qidadan zəhərlənən şagirdlər evə buraxıldılar

media-hightechnic-468x90

Aprelin 6-da Bakı şəhəri 20 nömrəli məktəb-liseyin qidadan özünü narahat hiss edən və məktəb rəhbərliyi tərəfindən dəvət olunmuş təcili-tibbi yardım briqadası tərəfindən səhiyyə müəssisəsinə yerləşdirilən 6 şagirdi müvafiq müayinə və müalicə prosedurundan sonra evə buraxılıb.

Bu barədə Yenicag.az-a BŞTİ-dən məlumat verilirb.

Qeyd edək ki, A.Hüseynzadə adına 20 nömrəli məktəb-liseydə baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları araşdırmalara başlayıb.

Bakı şəhəri 20 nömrəli məktəb-liseydə şagirdlərin qidadan zəhərlənməsi faktı üzrə Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600