Qırğızıstanda bir neçə yerli siyasi xadim və Qırğızıstanın keçmiş prezidenti Almazbek Atambayevin oğlu Kadırbek Atambayev saxlanılıb.
Yenicag.az xəbər verir ki, bu barədə Qırğızıstan Daxili İşlər Nazirliyi məlumat yayıb.
“Kadırbek Atambayev, Dövlət Milli Təhlükəsizlik Komitəsinin (DQNB) Dövlət Təhlükəsizliyi Xidmətinin keçmiş rəisi Damir Musakeyev, Sosial Demokrat Partiyasının lideri Temirlan Sultanbekov, Qırğızıstan parlamentinin keçmiş deputatları Şailobek Atazov və Kubanıçbek Kadırov saxlanılıb”, – məlumatda qeyd olunub.
Sözügedən şəxslər kütləvi iğtişaşların təşkili ittihamı ilə saxlanılıb.
Qeyd edək ki, Qırğızıstanda növbədənkənar parlament seçkiləri noyabrın 30-da keçiriləcək. İlkin olaraq seçkilərin 2026-cı ilin noyabrında keçirilməsi planlaşdırılsa da, deputatlar 25 sentyabr tarixində könüllü olaraq səlahiyyətlərindən imtina ediblər/unikal/













