Qırğızıstanın sabiq məmuru Azərbaycanda həbs edildi - VİDEO

media-hightechnic-468x90

Beynəlxalq axtarışa verilmiş Qırğızıstan gömrük xidmətinin sabiq rəis müavini Rayımbek Matraimov Azərbaycanda həbs edilib.

Yenicag.az Oxu.az-a istinadla xəbər verir ki, bu barədə Qırğızıstanın Dövlət Milli Təhlükəsizlik Komitəsi məlumat yayıb.

Məlumatda qeyd olunur ki, saxlanılan şəxs artıq Bişkekə aparılıb.

Rayımbek Matraimov qanunsuz həbslərin həyata keçirilməsində və çirkli pulların yuyulması ilə bağlı cinayət işlərində iştirakda ittiham edilir.

Qeyd edək ki, daha əvvəl Daxili İşlər Nazirliyi Azərbaycanda saxlanılan Qırğız Respublikasının 4 vətəndaşının ölkələrinə təhvil verilməsi ilə bağlı məlumat yaymışdı.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600