“Qırmızı Xaç”dan şəhid əsgərimizin nəşi ilə bağlı AÇIQLAMA: “Məxfi danışıqlar aparılır...”

media-hightechnic-468x90

Sentyabrın 22-də cəbhə bölgəsindəki neytral zonada vurularaq şəhid olan əsgər Abdulrəhmanov Ramin Şövkət oğlunun nəşinin ərazidən çıxarılması üçün danışıqlar aparılır.

media-banner_tkm

Azərbaycanın Müdafiə Nazirliyi əsgərin nəşinin ərazidən təhlükəsiz təxliyəsini təmin etmək məqsədilə Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan nümayəndəliyinə müraciət edib.

Komitənin Azərbaycan nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova Yenicag.az-a açıqlamasında əsgərin nəşinin ərazidən çıxarılması ilə bağlı qarşı tərəflə danışıqların davam etdirildiyini bildirib:

“Beynəlxalq Qızıl Xaç Komitəsinin vəziyyətdən xəbəri var. Əlaqədar qurumlarla ikitərəfli məxfi danışıqlar aparırıq”.

Səxavət Məmməd

Mövzu ilə əlaqədar

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05