Qız qalasının yaxınlığında meyit tapılıb

Bakıda qətl törədilib.

Səbail rayon Polis İdarəsindən bildirilib ki, Neftçilər prospekti, 93 ünvanında, Qız Qalasının yaxınlığında üzərində xəsarətlər olan qadın meyiti tapılıb. Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib. İstintaq-əməliyyat tədbirləri ilə onun qətlə yetirildiyi müəyyənləşib.

Məlum olub ki, qətlə yetirilən qadın Bakı şəhər sakini, 1971-ci il təvəllüdlü Yelena Viktorovna Sandrandinovadır. Qətlin iştirakçısı olmaqda şübhəli bilinən 2 kişi və 1 qadın tutulub. Onlar Zyikov Samir Nərimanoviç, Razumıy Dmitri Aleksandroviç və Alla adlı qadındır.

İlkin məlumata görə, onlar evdə kef məclisi qurublar, sonra aralarında mübahisə yaranıb. Mübahisə zəminində qadın öldürülüb və meyiti Qız Qalasının yanına atılıb.

Araşdırmalar davam edir.

Yeniçağ.az