Qızı qaçıran şəxslər tutuldu

media-hightechnic-468x90

87389Yenicag qafqazinfo-ya istinadən bildirir ki, Ucarda azyaşlı qızı qaçıran şəxslər saxlanılıb. “Qafqazinfo” xəbər verir ki, Rayon Polis Şöbəsindən APA-nın yerli bürosuna verilən məlumata görə, hadisə bu gün rayonun Yuxarı Şilyan kəndində baş verib.

Yuxarı Şilyan kənd sakini Əfsus Ələsgər oğlu Allahverdiyev Bərdə rayon sakinləri Hüseyn və Rusif Yusif oğlu Dadaşovlarla birlikdə R.Dadaşova məxsus “Mercedes” markalı maşınla Ucar rayonunun Yuxarı Şilyan kənd sakini, 1998-ci il təvəllüdlü M.M-i zorla qaçırıblar.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Rusif və Hüseyn Dadaşovlar Zərdab rayon ərazisində saxlanılaraq şöbəyə gətirilib.

Hazırda Əfsus Allahverdiyevin tapılması istiqamətində axtarış tədbirləri davam etdirilir.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600