Qızıl alarkən itkidən necə qorunmalı? - EKSPERT AÇIQLADI

media-hightechnic-468x90

Dünyada qızılın qiymətinin son günlər durmadan artması insanların zinət əşyalarına daha çox diqqət ayırması ilə nəticələnib. Mərkəzi Bank tərəfindən açıqlanan son məlumata görə, qızılın 1 qramının qiyməti 216 manata bərabər olub. Bəs hansı formada qızıl alışı daha sərfəli olar?

Mövzunu Yenicag.az-a şərh edən iqtisadçı-ekspert Rövşən Əmircanov istehlakçı davranışında sosial-psixoloji amillərin böyük rol oynadığını bildirib:

“Əksər insanlar zinət əşyalarını yalnız yatırım vasitəsi kimi deyil, həm də gözəllik, status və ənənəvi dəyər daşıyıcısı kimi qəbul edirlər. Buna görə də, bazarda külçə və sikkələrin satışında artım müşahidə olunsa da, zinət məmulatlarına maraq hələ də sabit olaraq qalır. Nəticə etibarilə, sırf investisiya baxımından optimal seçim 999.9 əyarlı külçə və sikkələrdir. Zinət əşyaları isə daha çox estetik və sosial-mədəni dəyərlərə xidmət edir. İnsanlar seçim edərkən ya maliyyə sabitliyini, ya da gündəlik istifadə və sosial statusu əsas götürürlər”.

Ekspert 585 və 750 əyarlı zinət əşyalarının Azərbaycan bazarında ənənəvi olaraq geniş yayıldığını, bu məhsulların həm gündəlik istifadə, həm də hədiyyə məqsədilə alıcılıq qabiliyyətinə malik olduğunu vurğulayıb. O, qızılın sərmayə baxımından ən dəyərli formasının 999.9 əyarlı külçə və sikkələr olduğunu bildirib:

“Zinət əşyalarından fərqli olaraq, külçələrin dəyərinə dizayn və ustalıq xərcləri daxil edilmir, qiymət demək olar ki, yalnız saf qızılın miqdarı və tətbiq edilən cüzi əlavə haqq əsasında formalaşır. Külçələr əsasən beynəlxalq akkreditasiyaya malik affinaj mərkəzlərində istehsal edilir. Zinət əşyaları ilə müqayisədə onların üstünlüyü ondan ibarətdir ki, məsələn, 585 və ya 750 əyar qızıl alındıqda satış zamanı ödənilmiş işçilik xərcləri geri qaytarılmır və nəticədə qiymətdən əhəmiyyətli dərəcədə itki baş verir, halbuki külçələrdə ödənilən məbləğin demək olar ki, dəyərin əsas hissəsi qızılın özündə saxlanılır və itki minimuma enir”.

Cəvahir

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 07.10.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa