Qızıl mədənlərinin çökməsi nəticəsində 6 nəfər ölüb
Kolumbiyanın Kaldas departamentində qızıl mədəninin çökməsi nəticəsində ölənlərin sayı 6-ya çatıb.
Yenicag.az apa-ya istinadən xəbər verir ki, daha 9 nəfər itkin düşmüş hesab edilir.
Axtarış əməliyyatına 100-ə yaxın xilasedici cəlb olunub. Lakin mütəxəssislərin fikrincə, sağ qalmış insanları tapmaq ehtimalı olduqca azdır.
Qeyd edək ki, mayın 14-də Kaldas departamentində qızıl mədənlərindən birinin çökməsi nəticəsində azı 15 nəfərin yerin altında qalması barədə məlumat yayılmışdı. İlkin ehtimala görə, mədən su basma nəticəsində çöküb.