"Qızılbaş" Yüksək Yığıncaq keçirdi - Natəvan Abbaslı sədr seçildi

media-hightechnic-468x90

“Qızılbaş” Gəncləri Maarifləndirmə İctimai Birliyinin növbəti Yüksək Yığıncağı keçirilib.

Yenicag.az xəbər verir ki, yığıncaqda İB-nin gördüyü işlər və həyata keçirdiyi layihələrin müzakirəsi təşkil edilib.

Yüksək Yığıncaqda təşkilatın yeni İdarə Heyəti və Nəzarət-Təftiş Komitəsi yenidən formalaşdırılıb.

“Qızılbaş” Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Aqil Fərəcov mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq, 35 yaşını ötdüyü üçün istefa verib. Daha sonra təşkilata yeni sədr kimi tanınmış aktrisa, “Yeni Çağ” Media Qrupunun spikeri Natəvan Abbaslı seçilib.

Keçmiş rəhbərliyə bu günə qədər gördüyü işlər üçün təşəkkür edən Natəvan Abbaslı təşkilatın qarşında duran vəzifələr haqqında danışıb, layihələrin uğurlu icrası üçün təşkilatlanmanı gücləndirməyin önəminə diqqət çəkib.

Yığıncaq gündəlikdəki məsələlərin müzakirəsilə davam edib.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 21.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa