Beynəlxalq Maliyyə İnstitutunun (IIF) yayımladığı hesabatda bu ilin üçüncü rübündə dünya üzrə borclanma göstəricisinin 307,4 trilyon dollara çatdığı bildirilib.
Yenicag.az “Haber Global”a istinadən xəbər verir ki, dünyada borclanma səviyyəsini əks etdirən bu statistika ölkələrin Ümumi Daxili Məhsulunun (ÜDM) 333 faizi səviyyəsindədir.
Qeyd edilir ki, ötən ilin eyni dövründə qlobal borclanma səviyyəsi 289 trilyon dollar təşkil edib. Proqnozlara əsasən, ilin sonuna qədər bu rəqəmin 310 trilyon dollara yüksələcək.
Hesabatda bildirilir ki, borclanma səviyyəsinin artmasına səbəb ABŞ, Yaponiya, Fransa və Böyük Britaniya kimi inkişaf etmiş iqtisadiyyatların, eləcə də Çin, Hindistan, Braziliya və Meksika kimi inkişaf etməkdə olan ölkələrin borclarında böyük artımın olmasıdır.
Həmçinin dünya iqtisadiyyatında artım tempinin zəifləməsi və inflyasiya təzyiqlərinin azalması fonunda qlobal borc nisbətində yüksəliş trendinin davam edəcəyi gözlənilir.
www.yenicag.az