QMİ rəsmisi yas mərasimlərindən danışdı

media-hightechnic-468x90

24311Bu gün ANS TV-nin efirində yayımlanan “Adam içində ” verilişndə yas mərasimləri ilə bağlı müzakirələr aparılıb.

Verilişdə qonaq qismində iştirak edən Qafqaz Müsəlmanları İdarəsinin sədir müavini Hacı Fuad Nurullayev yas mərasimlərində edilən israfçılıqdan danışıb.

F.Nurullayev bildirib ki, insanların yas mərasimlərində israfçılıq etməsinin kökündə maarifsizlik dayanır.

“İnsanlar bir – birinə baxıb müqayisə aparırlar. Məsələn, mənim təşkil etdiyim yas mərassimi qonşudan geri qalmamalıdır. Təbii ki bu yanlış düşüncədir. İslam dini buyurur ki, hər kəs hər bir işdə öz yorğanına görə ayağını uzatmalıdır. Ona görə də mərasimlərdə israfçılıq etmək düzgün deyil”, deyə Fuad Nurullayev bildirib.

QMİ rəsmisi insanlara səslənərək onu da əlavə edib ki, ölkədə yas mərasimlərində israfçılığa qarşı mübarizənin aparılması sözügedən mərasimlərin tamamilə yığışdırılması anlamına gəlmir.

Verilişin digər qonağı Hacı Surxay Məmmədli də həmkarının fikirləri ilə razılaşıb. Yas mərasimlərində ehsanın qadağan edilmədiyi deyən Hacı Surxay bildirib ki, mərasimlərdə israfçılığa yol verilmədən müəyyən çərçivədə həyata keçirilməlidir. (anspress.com)

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600