Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

"Qohum, qonşu, dostunuz təkid edin ki, Azərbaycana gəlsinlər" - Türkiyəli səfir

Xəbər verdiyimiz kimi, Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının və Bakı şəhər Nəsimi rayon icra hakimiyyətinin ortaq layihəsi çərçivəsində bir qrup türkiyəli şəhid və veteran ailərindən olan uşaqlar Azərbaycanada səfərdədirlər.

Yenicag.az xəbər verir ki, Azərbaycanda səfərdə olan türkiyəli şəhid uşaqlarını Türkiyənin Azərbaycandakı səfirliyində olublar. Onları Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral qəbul edib.

Görüş zamanı həmvətənləri ilə söhbət edən səfir bildirib ki, onları Azərbaycanda gördükləri üçün çox şaddır:

“Şəhidlər bizim var olma səbəbimizdir. Şəhid uşaqları, yəni, siz bizim baş tacımızsınız. Sizi Azərbaycanda görmək qürururvericidir”.

Türkiydən gələn şəhid uşaqlarına üzünü tutan səfir deyib ki, hər bir türkiyəli mütləq Azərbaycana gəlməli və görməlidir:

“80 milyonluq Türkiyənin hər biri Azərbaycana gəlməlidir. Bu bizim üçün çox vacibdir. Sizə də deyirəm, ölkəmizə döndükdə qohum, qonşu, dost hər kim varsa onlara Azərbaycana gəlmələrini söyləyin. Hətta söylməklə qalmayın, təkid edin ki, Azərbaycana gəlsinlər. Azərbacan bizim qardaş ölkəmizdir. Bura həm də hər bir türkün vətənidir”.

Nəsimi rayon icra hakimiyyətin başçısının birinci müavini Gülarə Verdiyeva bildirib ki, türkiyəli şəhid uşaqlarını qarşılamaq onlar üçün şərəfdir:

“Şəhid aailələri bizim hər zaman diqqətimizdədir. Türkiyəli şəhid uşaqlarını da qarşılamaq bizim üçün qürurvericidir. Biz şəhid övladlarını oteldə yox, Azərbaycanı daha yaxından tanımaları üçün, qaynayıb qarışmaları üçün ailələr verdik. Uşaqlarla söhbət edən zaman bu durumdan çox məmnun olduqlarını görürük. Yaxın zamanda azərbaycanlı şəhid övladları da Türkiyəyə səfər edəcək. Bu iki ölkənin daha da yaxınlaşması üçün bir vasitə olacaqdır. Belə bir layihdə işitrak etdiyimiz üçün çox şadıq. Bu uşaqlar həm də bizim övladlarımızdır”.

Daha sonra Erkan Özoral şəhid uşaqları ilə bir-bir tanış olub, onlara söhbələşib.

20 yanvar günü Şəhidlər Xiyabanına insan selinin olmasını nəzərə alaraq türkiyəli şəhid uşaqları bu gün Şəhidlər xiyabanını ziyarət edib. Onlar şəhidlərin üzərinə gül dəstələri qoyublar. Şəhidlər Xiyabanından sonra isə qonaqlar “Türk şəhidliyi”ni ziyarət ediblər.

Türkiyəli şəhid uşaqlarının növbəti görüşü isə Qarabağ müharibəsi veteranları ilə olub.

Qeyd edək ki, Azərbaycanda səfərdə olan türkiyəli şəhid uşaqları yanvarın 23-ə qədər Azərbaycanda olacaqlar.

www.yenicag.az

2864
reyting.az
www.interpress.az
MARGIN-BOTTOM

www.busaat.az
Ziraat Bank New 768×90 / 320×100