İmişlidə bıçaqlaşma hadisəsi baş verib.
Mart ayının 31-də İmişli şəhərində şəhər sakini Mehdi Hüseynov münaqişə zəminində qohumu Mirzə Hümbətova bıçaqla xəsarət yetirib.
İmişli Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində M. Hüseynov tutulub.