Qonşuda da “omikron” ştammı aşkarlandı

media-hightechnic-468x90

Rusiyada artıq koronavirusun yeni “omikron” ştammı ilə yoluxmuş xəstələr var.

Yenicag.az xəbər verir ki, bunu rusiyalı senator, əməkdar həkim Vladimir Kruqlıy bildirib.

“Ştamm böyük ehtimalla Rusiyada mövcuddur. Onun yayılmasının mənbəyi Misirə səfər etmiş vərətəndaşlarımızdır”, – Kruqlıy bildirib.

Rusiyanın əməkdar həkimi “omikron” ştammı öyrənilənə qədər Misir Ərəb Respublikası ilə uçuşların bağlanmasına çağırıb.

Məlumata görə, Cənubi Afrikada yeni ştama yüzə yaxın yoluxma qeydə alınıb. Avropa Birliyi və bir çox başqa ölkələr bəzi Afrika dövlətlərindən səyahət qadağaları tətbiq edib.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa