Qonşular arasında mübahisə qətllə bitdi – Bakıda 

media-hightechnic-468x90

Bakıda qətl törədilib.

Hadisə Xətai rayonu Neapol küçəsi 24 ünvanında yerləşən, məcburi köçkünlərin məskunlaşdığı yataqxana binasında baş verib.

Cəbrayıl rayonundan olan məcburi köçkün, 1960-cı il təvəllüdlü Səxavət Xaləddin oğlu Mehdiyev qonşusu, Ağdam rayonundan olan məcburi köçkün, 1971 Müşfiq Aydın oğlu Şükürovu şişlə öldürüb.

Məlumata görə, yuxarı mərtəbədə yaşayan M. Şükürovun televizor və maqnitofona yüksək səs verməsi qonşular arasında mübahisəyə səbəb olub. Alt mərtəbədə yaşayan S. Mehdiyev çıxış yolunu qonşusunun işığını kəsməkdə görüb. Bundan sonra mübahisə daha da qızışıb. M. Şükürovun S. Mehdiyevin ünvanına söyüş söyməsi isə son hədd olub və S. Mehdiyev kabab çəkilən şişi qonşusunun bədəninə soxaraq onu öldürüb.

Hadisəni törədən S. Mehdiyev şəxs tutulub.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Yeniçağ.az

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600