Qrizmann Fransa millisindəki karyerasını bitirdi

media-hightechnic-468x90

İspaniyanın “Atletiko” komandasının futbolçusu Antuan Qrizmann Fransa millisindəki karyerasını başa vurub.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, 33 yaşlı hücumçu qərarını sosial şəbəkə hesabında paylaşım edərək açıqlayıb.

“Həyatımın bu hissəsini xatirələrlə dolu bir ürəklə bağlayıram. Heyrətamiz macəra üçün təşəkkürlər. Tezliklə görüşərik”, – təcrübəli forvard yazıb.

Qeyd edək ki, yığmada 137 oyun keçirən Antuan Qrizmann 44 qola imza atıb. 2018-ci ildə Fransa millisi ilə dünya çempionu olan futbolçu 3 il sonra UEFA Millətlər Liqasını qazanıb. 2016-cı ildə ölkəsində ilin futbolçusu seçilən hücumçu Fransa-nın U-19 yığması ilə Avropa çempionu olub.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05