Quba bələdiyyəsindən Azərbaycan qanunlarına HÖRMƏTSİZLİK - Gerbi alma ilə əvəzlədilər

media-hightechnic-468x90

Quba rayon bələdiyyəsi Azərbaycan qanunlarına və Azərbaycan dövlətinə hörmətsizlik edib.

Yenicag.az xəbər verir ki, Quba bələdiyyəsinin inzibati binasının divarındakı lövhədə Azərbaycan Respublikası yazısından yuxarıda alma işarəsi qoyulub.

Qanunlara və əsasnamələrə əsasən rəsmi qurumların inzibati binalarının üzərində gerb olmalıdır. Qanunlardan və əsasnamələrdən xəbərsiz Quba bələdiyyəsi öz kefinə uyğun olaraq bu addımı atıb.

Jurnalist Cəmil Məmmədli bu biabırçılığı işıqlandırdıqdan sonra, Quba bələdiyyəsi öz səhvini anlayıb və alma rəsmini silib. Ancaq hələ də, gerb öz yerinə həkk olunmayıb.

 

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 23.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa