Reklam: Sinerji
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
ZiraatBank

Quba polisi gücləndirilmiş rejimə keçdi - SƏBƏB/FOTO

Qubaya qarın yağması ilə əlaqədar turistlərin sayının artması, eləcə də rayon ərazisində hərəkətin intensiv olmasını nəzərə alan Rayon Polis Şöbəsinin əməkdaşları gücləndirilmiş rejimə keçiblər.

Şöbədən Yenicag.az-a verilən məlumata görə, polis tərəfindən ərazidə təhlükəsizliyinin təmin edilməsi və baş verə biləcək xoşagəlməz hadisələrin qarşısının dərhal alınması istiqamətində zəruri bütün qabaqlayıcı tədbirlər həyata keçirilir.

Belə ki, Quba RPŞ-nin DYPB-nin Yol Patrul Xidmətinin əməkdaşları tərəfindən rayon ərazisində və istirahət zonalarında yol-nəqliyyat hadisələrinin qarşısının alınması və yollarda təhlükəsizliyin təmin olunması məqsədilə qabaqlayıcı tədbirlər görülür. İnspektorlar tərəfindən nəqliyyat vasitələrinin sürücüləri ilə profilaktik söhbətlər aparılır, müvafiq sənədlər yoxlanılır. Bundan əlavə YPX-nin əməkdaşları qonaqların istirahət edəcəkləri ərazi üzrə yollarda olan vəziyyət haqqında onlara məlumat verirlər.

RPŞ-nin Post Patrul Xidməti Bölüyünün əməkdaşları da rayon ərazisində gücləndirilmiş iş rejimində çalışırlar. Onlar təhkim olunmuş xidməti avtomobillərlə avtopatrul xidmətini yerinə yetirərək, yollarda qalmış və köməyə ehtiyacı olan vətəndaşlara bütün köməklikləri göstərirlər.

www.yenicag.az

474
www.onlinepress.az
www.aznews.az
www.busaat.az
ZiraatBank
MARGIN-BOTTOM