Qubada istirahət mərkəzində yanğın

Qubada yanğın hadisəsi qeydə alınıb.

Yenicag.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Quba rayonu, Qələdüz kəndində istirahət mərkəzinin ərazisində ümumi sahəsi 80 m2 olan taxta kotec yanıb.

Yaxınlıqdakı koteclər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.