Quba Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri istintaq-əməliyyat tədbirləri nəticəsində ağır cinayətin üstünün açılması təmin olunub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Yenicag.az-a verilən məlumata görə, həmin cinayəti törətməkdə şübhəli bilinən Şöhrət Mürsəliyev saxlanılaraq istintaqa təhvil verilib.
Avqustun 23-də Quba rayon sakini Zeydulla Əzizov müxtəlif xəsarətlərlə Qusar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Avqustun 30-da isə həkimlərin səylərinə baxmayaraq, vəfat edib.
Aparılan tədbirlərlə Z.Mustafayevlə aralarında yaranan münaqişə zəminində ona çoxsaylı bədən xəsarətləri yetirən Ş.Mürsəliyev saxlanılıb.
Hazırda cinayət işi üzrə istintaq aparılır.