Qubada VI-VII əsrlərə aid dəbilqə tapılıb

media-hightechnic-468x90

İdris Əliyevin başçılıq etdiyi Xınalıq arxeoloji ekspedisiyası Quba rayonu ərazisində antik-ilk orta əsrlərə aid, həmçinin Bərgüşanə adlı Tunc dövrünə aid abidədə kəşfiyyat xarakterli qazıntı işləri aparıb.

media-banner_tuq

Yenicag.Az “Trend”ə istinadla xəbər verir ki, bu barədə məlumat Arxeologiya və Antropologiya İnstitutunun hesabatında qeyd olunub.

Hesabata görə, əsas tapıntılar – xilafət pulları, müxtəlif muncuqlar, gümüş və tunc bilərzik, tunc sırğa, üzük-möhür, tunc güzgüdür (Çin istehsalı, Tan sülaləsinin dövrünə aid). Bütövlüklə kompleks 8-9-cu əsrlərə aid edilir. Tunc güzgü Azərbaycanda və Qafqazda ilk tapıntıdır. Digər sahədə, başqa bir qəbirdən dəmir dəbilqə, nizə ucluğu, gümüş lövhələr aşkar edilib ki, ilkin rəylərə görə, dəbilqə VI-VII əsrə aid edilə bilər.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05