Qubadlının keçmiş icra başçısı Ukraynada nazir müşaviri oldu

media-hightechnic-468x90

img1862241Qubadlının keçmiş icra başçısı Ukrayna elm və təhsil nazirinin müşaviri oldu

media-banner_tuq
Azərbaycan Xalq Cəbhəsi hakimiyyəti illərində Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsini daşıyan Elxan Nuriyev Ukrayna Elm və təhsil nazirinin müşaviri, rektorların attestasiya komissiyasının sədri vəzifəsinə təyin olunub.
Azərbaycan milli-azadlıq hərəkatının fəallarından olan Elxan Nuriyev ali təhsilini Lvovda alıb. Ötən əsrin 80-cı illərinin sonlarında milli-azadlıq hərəkatına qoşulmaq üçün Azərbaycana qayıdıb. I Qarabağ savaşında Qarabağda, Qubadlı bölgəsində ermənilərə qarşı vuruşan könüllülər batalyonunun tərkibində döyüşüb. 1992-ci ildə prezident Əbülfəz Elçibəyin fərmanı ilə Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. Gəncə qiyamından bir müddət sonra yenidən Ukraynaya qayıdıb. Prezident Petro Poroşenkonun imzaladığı sərəncamla iyulun 21-dən Ukrayna elm və təhsil nazirinin müşaviridir.
media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05