Qubernatorun 36 milyonluq qələmi
Külli miqdarda rüşvət almaqda ittiham olunan Saxalin vilayətinin qubernatoru Aleksandr Xoroşavinin qızıl qələmi haqqında əfsanələr quraşdırılır.
Yenicag.az azertac-a istinadən bildirir ki, qubernator bu qələmə verdiyi 36 milyon rubla altı dəbdəbəli avtomobil, Moskvada pəncərəsi Kremlə açılan mənzil, hətta helikopter ala bilərdi. Amma Aleksandr Xoroşavin hesab edib ki, bu, əsl qubernator əlinə yaraşan qələmdir.
Zərgərlik üzrə ekspertin bildirdiyinə görə, qızıldan hazırlanmış, brilyantlarla bəzədilmiş, qiyməti milyon yarım dollara yaxın olan bu qələm bir nüsxədə düzəldilib. Qubernatorun qələmi üzərində Rusiyanın xəritəsi həkk olunub.