Qurban Qurbanov: “Bu gün nizam-intizamlı, səliqəli oyun oldu”

media-ads-468x90

Bu gün nizam-intizamlı, səliqəli oyun oldu.

Yenicag.az xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurbanov Bakıda Cəbəllütariqin “Linkoln” kollektivini 5:0 hesabı ilə məğlub etdikləri UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab matçından sonra mətbuat konfransında deyib.

Mütəxəssis tribunadakı azarkeşlərin onlara əlavə motivasiya verdiyini bildirib: “Avrokuboklarda çıxış edən digər təmsilçilərimizə uğurlar arzulayıram”.

Qeyd edək ki, “Qarabağ” UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində “Ludoqorets” (Bolqarıstan) – “Dinamo” (Minsk, Belarus) cütünün qalibi ilə üz-üzə gələcək. İlk matçda “Ludoqorets” qələbə qazanıb – 2:0./Report/

media-ads-468x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 21.03.2025

media-ads-160x600
media-ads-160x600