Qurban Qurbanov da təsdiqlədi – “Qarabağ”da ayrılıq

Futbol mövsümünün sonunda Riçard Almeydanın “Qarabağ”dan ayrılacağı ilə bağlı xəbər vermişdik.

Yenicag.az  bildirir ki, məlumatı Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov da təsdiqləyib.

Təcrübəli mütəxəssis braziliyalı futbolçunun cəlbedici təkliflər aldığını, bu səbəbdən də “Qarabağ”da qalmaq şansının çox az olduğunu bildirib.

Qurbanov komandanın digər legioneri Pedro Enrikenin də “Qarabağ”dan gedəcəyini açıqlayıb.

Qeyd edək ki, Riçard Almeyda “Qarabağ”da 2012-ci ildən çıxış edir.

COP29