Qurban Qurbanov: “Rəqibi yaxşı təhlil etmişik”
“Bu oyuna böyük maraq var. Rəqibi demək olar ki, tanıyırıq. “Sent-Etyen” maraqlı rəqibdir”. Bu sözləri “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov sabah Avropa Liqasının qrup mərhələsində qarşılaşacaqları “Sent-Etyen”lə oyunöncəsi keçirdiyi mətbuat konfransında deyib. Q.Qurbanov sabahkı oyuna yaxşı hazırlaşdıqlarını bildirib: “Ən azından azarkeşlər üçün maraqlı oyun olacaq. Sabahkı oyuna yaxşı hazırlaşmışıq. Avrokubok təcrübəmiz olsa da, qrup mərhələsinin oyunları başqadır. Rəqibi düzgün təhlil etmişik. Məncə, hamı sabahkı oyundan razı qalacaq”. Hər bir rəqibi istədiyin kimi öyrənə bilərsən. “Karabükspor”dan heç nə öyrənməmişik. “Sent-Etyen”in əvvəlki oynlarına baxmaqla özümüzü aldada biklərdik. Rəqib standart vəziyyətlərdən təhlükəlidir. Müxtəlif oyunlarda məhz standart vəziyyətlərdən qollar buraxmışıq. Qapıçının üzərinə böyük iş düşəcək. Çalışacağıq ki, rəqib künc zərbələrindən az istifadə etsin”. (qol.az)