Qurbanov: "Şahruddin Məhəmmədəliyevdən başqa daha bir qapıçı axtarışındayıq"

media-hightechnic-468x90

Şahruddin Məhəmmədəliyevdən başqa daha bir qapıçı axtarışındayıq.

Yenicag.az “Report”a istinadən xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində qarşılaşacaqları “Linkoln”la (Cəbəllütariq) oyun öncəsi mətbuat konfransında deyib.

52 yaşlı çalışdırıcı Şahruddin Məhəmmədəliyevin transferindən sonra yeni qolkiper axtarışında olduqlarını söyləyib:

“Qapıçı mövqeyi bir çox klubların yaralı yeridir. İstəmirik ki, həmin mövqedə problem yaşayaq. Heyətə yeni cəlb etdiyimiz Şahruddin Məhəmmədəliyev tam hazır vəziyyətdə deyil. Yəqin ki, bir müddət sonra daha da yaxşı olacaq. Təbii ki, bizim üçün lazımlı oyunçudur. Bununla belə, daha bir qapıçı axtarışındayıq. Hətta, 2 gün əvvəl heyətə yeni qolkiper transfer etmək üzrə idik. Lakin onun keçidi alınmadı”.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600