Qusarda şikayətçilər baş prokurorla görüşə buraxılmır
Azərbaycanın baş prokuroru Zakir Qaralov Qusarda şikayətçiləri qəbul edir. Lakin şikayətçilər görüşə buraxılmırlar.
Bu barədə məlumatı və fotoları yerli jurnalistlər Facebook-da paylaşıblar. Məlumata görə, şikayətçilər görüş keçirilən yerdən xeyli aralıda dayanmağa məcbur edilirlər. Ərazi polis nəzarətindədir.
Qeyd edək ki, qəbul Qusar rayon prokurorluğunun inzibati binasında keçirilir. Əvvəlcədən yayılan rəsmi məlumatda deyilirdi ki, qəbulda Qusar, Quba, Xaçmaz, Şabran və Siyəzən rayonlarında yaşayan vətəndaşlar iştirak edə biləcəklər. Qəbula gəlmək istəyən vətəndaşların qeydiyyatı və Qusar şəhərinə gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçirilməliydi.
musavat.com