“RabitəBank” keşbək faizlərini kəskin azaltdı
Bu imtiyaz 2 dəfə azaldılaraq 5%-ə salınıb. Eyni zamanda bu kartlarla market və restoranlarda ödəniş edənlər 5% deyil 3% keşbək qazanacaqlar.
Bankın debet kart istifadəçiləri isə YDM-lərdə əvvəlki kimi 3% deyil 2% keşbək əldə edəcəklər.
Həmçinin marketlərdə alış-veriş zamanı ödəyəcəkləri vəsaitin 2%-i yox 1,5%-i geri qayıdacaq.
Digər ödənişlərdə də bu göstərici 1,5% dən 1%-ə salınıb. Qeyd edək ki, yeni qaydalar mayın 12-də qüvvəyə minəcək.
Xatırladaq ki, “RabitəBank” ASC bu ilin ilk rübünü 4,7 milyon manat xalis mənfəətlə başa vurub. Bu maliyyə institutunun Müşahidə Şurasının sədri Zakir Nuriyev həm də “Azərbaycan Banklar Assosiasiyası”nın Prezidentidir.