Rafael Ağayev 6 il əvvəlin QİSASINI BELƏ ALDI - VİDEO

media-hightechnic-468x90

Azərbaycanın beşqat dünya və on bir dəfə Avropa çempionu Rafael Ağayev “Karate Combat” turnirində üçüncü döyüşünü keçirib. Onun budəfəki rəqibi prinsipiallığı ilə əvvəlki iki rəqibindən daha üstün idi. 

media-banner_tkm

Yenicag.az xəbər verir ki, belə ki, “Karate Combat”da Rafaelə rəqib olan Deyvi Dona 2016-cı ildə idmançımızı Parisdə qaydalara zidd zərbəsi ilə nokauta salması ilə yadda qalmışdı. Onun bu hərəkəti qanundankənar olduğu üçün öz azarkeşlərinin gözü önündə tatamidən qovulmuşdu.

Lakin iyunun 25-də ABŞ-ın Orlando şəhərində baş tutan döyüşdə Rafael Ağayev rəqibinə yerini göstərməklə yanaşı, ondan 6 il əvvəlki zərbəsinin də əvəzini çıxıb. Dünya çempionumuz qaydalara meydan oxuyan bu döyüşdə rəqibinə tam üstünlüklə (3:0) qalib gələrək, “Karate Combat”da ardıcıl üçüncü döyüşünü də qələbə ilə başa vurub.

Qeyd edək ki, karatedən fərqli olaraq “Karate Combat”da kontakt zərbəyə icazə verilir.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05